Şarl Mişel İlham Əliyevə zəng edib
SİYASƏT
22:18
07.10.2023
Baxılıb: 5009
Şarl Mişel İlham Əliyevə zəng edib

Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev, həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

 

 

Eyni zamanda, dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa tam şəkildə uyğun olub. Dövlətimizin başçısı əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var.

 

 

Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib.

 

 

Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

 

 

Dövlətimizin başçısı Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib.

 

 

Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yaponiya peyklərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
21:36
İsrail Livanda HƏMAS-ın iki silahlı liderini öldürüb
21:34
Brüssel Aİ xaricində deportasiya edilmiş miqrantlar üçün düşərgələr yaradacaq
21:15
Ayxan Hacızadə: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır
21:14
Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinin lehinə danışıb
21:06
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
20:36
BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib
20:35
Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
20:32
“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək
20:29
Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb
20:12
MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
20:07
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
20:06
Zəngilanda yeni yaşayış kompleksinin layihəsi
20:01
Azərbaycanla Özbəkistan arasında birgə komanda-qərargah təlimi başa çatıb
19:59
İsrail ordusu “Hizbullah”ın silah anbarlarını məhv edib
19:56
Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək
19:39
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
19:13
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması
18:48
İran və Suriya XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB
13:37
FTB və Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də mümkün zorakılıq halları barədə xəbərdarlıq edib
13:07