Səudiyyə Ərəbistanı rəsmiləri ABŞ prezidenti Co Baydenin administrasiyasına İsraillə münasibətləri normallaşdırmaq səylərini dayandırdıqlarını bildiriblər.
Bloomberg xəbər agentliyinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, bu qərar İsrailin Qəzza zolağındakı hərəkətlərinə, o cümlədən ötən şənbə günü başlayan son münaqişə zamanı hücum və blokadaya cavab olaraq verilib.