Gürcüstanın hakim partiyasının tələbi ilə bu gün Gürcüstan Konstitutsiya məhkəməsi Prezident Salome Zurabaşvilinin konstitutsiyaya zidd hərəkətlər edib etməməsi ilə bağlı öz qərarını verəcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, ötən ay ərzində Gürcüstan prezidenti Salome Zurabaşvili ilə hökümət arasında münasibətlər kifayət qədər gərgin həddə çatmışdı. Vəziyyəti daha da qəlizləşdirən, Zurabaşvilinin hökümətin etirazına rəğmən Avropaya səfər edib, onlardan Gürcüstanın Avropa İttifaqına üzvlük müraciətini müsbət cavablandırmağını istəyib.