Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib ki, Türkiyə, girovların azad edilməsi ilə bağlı HƏMAS-la danışıqlar aparır. Hakan Fidan bildirib ki, hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Biz xüsusilə HƏMAS-ın siyasi qanadı ilə bu məsələləri müzakirə etməyə başlamışıq. Əcnəbiləri, mülki şəxsləri və uşaqları azad etmək üçün səylərimiz davam edir.
Nazir həmçinin əlavə edib ki, cənab prezident RəcəbTayyib Ərdoğan bu və digər humanitar məsələlərin həllinə mümkün qədər öz töhfəsini verməkdə qərarlıdır.