Macarıstanın baş naziri Viktor Orbanın ölkənin Avropa İttifaqına üzvlüyünü Sovet işğalı ilə müqayisə edərkən verdiyi açıqlamaya Avropa ittifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sərt cavab verib.
Borrell bildirib ki, heç kim Macarıstanı Avropa İttifaqının üzvü olmağa məcbur etmir, bu, azad seçimdir.
Qeyd etmək lazımdır ki, Viktor Orban Avropa İttifaqına skeptik yanaşan liderlərdəndir.