Vahid Milli Hərəkat Partiyasından olan deputat Anna Tsitlidze digər müxalifət nümayəndələri ilə birlikdə Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb.
Görüşdə əsas məsələnin Avropa İttifaqına üzvlük statusu məsələsi olduğu deyilsə də, əslində Zurabaşvili üçün daha vacib məsələnin müzakirə edildiyi bildirilir.
Belə ki, prezident Salome Zurabaşvili və hakim partiya arasında uzun müddətdir davam edən gərginliyin fonunda, parlamentdə Zurabaşvilinin impiçmenti üçün keçirilən səsvermədə hakim partiya ona lazım olan səsi toplaya bilməyib. Müxalifət, Zurabaşvilinin impiçmentinə imkan verməyib.