Vahid Milli Hərəkat partiyasının keçmiş sədri Nika Melia, Vahid Milli Hərəkat partiyasını tənqid edib. O iddia edir ki, partiyadakı mövcud vəziyyət ilk növbədə hakim “Gürcü arzusu” partiyası üçün əlverişlidir.
O bildirir ki, müxalif partiya gələn seçkilərdə özünü daha yaxşı təqdim edə bilməsə, o zaman seçkini uduzacaq.
Qeyd etmək lazımdır ki, Vahid Milli Hərəkat partiyası keçmiş prezident Mixeil Saakaşvilinin partiyasıdır. Saakaşvili Gürcüstandan gedəndən sonra, partiya daxili çəkişmələr başlamışdı. Son dövrlərdə isə, daha da intensivləşdiyi deyilir.