"Gürcüstan hökuməti gürcü xalqı adından Avropa İttifaqına üzvlük üçün müraciət edib və hökumət gürcü xalqı adından Avropa İttifaqına namizəd statusu alacaq", - deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Qeyd etmək lazımdır ki, son vaxtlar Gürcüstanda Avropa İttifaqına üzvlüklə bağlı söhbətlər qızışıb. Hakimiyyət Avropa İttifaqına üzvlükdə maraqlı olmamaqda ittiham edilir.