“Financial Times” nəşri xəbər verir ki, Ukraynanın işğalından və Kremlin “qismən” hərbi səfərbərliyindən sonra ölkəni tərk edən rusların 15%-dən çoxu müvəqqəti və ya daimi olaraq geri qayıdıb.
Qeyd etmək lazımdır ki, ötən il yüzminlərlə Rusiya vətəndaşları, başda Gürcüstan, Ermənistan və Türkiyə olmaqla müxtəlif ölkələrə köç ediblər.