Üç nəfərə “general-mayor” ali hərbi rütbəsi verilib
14:55
07.11.2023
Baxılıb: 3311
Üç nəfərə  “general-mayor” ali hərbi rütbəsi verilib

 Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

 

polkovnik Fərid Əlibaba oğlu Əliyevə

 

polkovnik Namiq Süleyman oğlu Bayramova

 

polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.

 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 noyabr 2023-cü il

Digər xəbərlər