“Reuters” xəbər agentliyinin məlumatına görə, HƏMAS Qəzza zolağında üç günlük atəşkəs müqabilində 50-yə yaxın girovu azad edərək İsraillə razılaşmanın ümumi şərtlərini qəbul edib.
Razılaşmanın şərtlərinə görə, İsrail də həmçinin həbsxanalarda saxlanılan bəzi fələstinli qadın və uşaqları azad edəcək və Qəzzaya göndərilən humanitar yardımın həcmini artıracaq.