Hindistanın artilleriya sistemləri istehsalçısı Bharat Forge təsdiq edib ki, bu yaxınlarda nümayiş etdirilən MArG 155 zirehli özüyeriyən haubitsalar Ermənistan üçün nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Hindistan və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq inkişaf etməkdədir. Belə ki, 2020-ci ildə Ermənistan Hindistandan 4 ədəd Swathi mobil radarları alıb.
2022-ci ilin sentyabrında isə Pinaka reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.