Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir. Brifinq Azərbaycanda akkreditə olunan diplomatlar və hərbi attaşelər üçün nəzərdə tutulub.
Brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov iştirak edir.