Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, lazımi şərtlər yarananda Türkiyə Ukrayna və Rusiya arasında danışıqları təşkil etməyə hazırdır.
Nazir həmçinin Türkiyənin Krımın da daxil olmaqla Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini bildirib.
Nazir əlavə edib ki, Türkiyə bir müddət öncə Qara dəniz taxıl daşınması sazişi vasitəsilə qlobal ərzaq bazarında sabitliyinin pozulmasının qarşısını almağa kömək edib.