Ermənistanın Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının görüşündə və Avrasiya İqtisadi İttifaqının sammitində iştirakı barədə qeyri-müəyyənlik davam edir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Paşinyanın bu iclaslarda iştirakı ilə bağlı suala cavab olaraq bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyi ilə əlaqədar olaraq Paşinyan bu iclaslarda iştirak etməlidir.