Türkiyə hakimiyyətinin İsveçin NATO-ya üzv olmaq ərizəsini həftələr ərzində ratifikasiya edəcəyi gözlənilir. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström Brüsseldə toplaşan alyans ölkələrinin xarici işlər orqanları rəhbərlərinin iclasına gələrkən bildirib.
Nazir bildirib ki, ratifikasiya yaxın günlərdə baş tutacaq. O, həmçinin əlavə edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ikitərəfli görüş keçirib. Görüşdə Hakan Fidan nazirə bildirib ki, ratifikasiyanın yaxın həftələrdə baş tutacaq.