Ermənistan Gürcüstanda qeydiyyatda olan avtomobillərdən vergi alacaq
13:51
30.11.2023
Baxılıb: 3759
Ermənistan Gürcüstanda qeydiyyatda olan avtomobillərdən vergi alacaq

2024-cü il yanvarın 1-dən Ermənistan vətəndaşları Gürcüstandan və ya Avrasiya İqtisadi Birliyinə üzvü olmayan ölkədən müvəqqəti istifadə üçün gətirilən avtomobillər üçün gömrük orqanının idarə etdiyi depozit hesabına pul ödəməlidir. 

 

Hökümətin əsaslandırması ondan ibarətdir ki, bu avtomobillər, məsələn, Gürcüstanda Avrasiya İqtisadi İttifaqının mövcud ödəniş tariflərindən aşağı rüsumlarla qeydiyyata alınıb və Ermənistanda idarə olunur.

 

"Hazırda Ermənistan Respublikasının ərazisində yuxarıda göstərilən statusa malik 9 minə yaxın avtomobil istismar olunur. Nəticədə gömrük rüsumları, əlavə dəyər vergisi, ekoloji vergi və əmlak vergisi üzrə dövlət büdcəsinə ödənişlər həyata keçirilmir. 

Digər xəbərlər