Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərini vəzifəyə təyin etmək və azad etmək səlahiyyəti artıq prezidendən alınıb Baş nazir Nikol Paşinyana veriləcək.
Bu barədə hökumətin bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.
Əvvəlki əsasnamənin şərtlərinə görə Milli Təhlükəsizlik Xidmətinin direktoru və direktor müavinlərinin vəzifələri hərbi xidmət vəzifələridir. Xidmətin direktoru vəzifəyə təyin və vəzifədən azad edilmə Baş nazirin tövsiyyəsi ilə Prezident tərəfindən edilirdi. Yeni dəyişiklidən sonra isə, bu səlahiyyət Baş nazirə veriləcək.