İtaliya Çinin Bir Kəmər və bir Yol Təşəbbüsündən (BRI) ayrıldığını rəsmən elan edib. 2019-cu ildə İtaliya, Birləşmiş Ştatların narazılığına rəğmən Çinin bu layihəsinə qoşulan ilk qərb ölkəsi olmuşdu.
Ancaq keçən il vəzifəsinin icrasına başlayan baş nazir Giorgia Meloni höküməti öz mövqeyini dəyişərək bu layihənin İtaliya üçün əhəmiyyətli faydaların olmadığını əsas gətirərək layihədən ayrıldığını bəyan edib.
Qeyd etmək lazımdır ki, 2019-cu ildə imzalanmış ilkin razılaşmanın müddəti 2024-cü ilin martında başa çatacaq və İtaliya ən azı üç ay əvvəl geri çəkilmə barədə yazılı bildiriş təqdim etməsəydi, avtomatik olaraq yenilənəcəkdi.
Mənbələrin verdiyi məlumata görə İtaliyanın Pekinə məktub göndərib və Çin hökumətinə layihədən çıxması ilə bağlı rəsmi xəbərdarlıq edib. Lakin İtaliya rəsmiləri layihədən çıxmasına baxmayaraq Çin ilə güclü əlaqələri qorumaq niyyətinlərini vurğulayıblar.