Fransa Ermənistana əlavə 15 milyon avro yardım ayırıb.
SİYASƏT
23:42
08.12.2023
Baxılıb: 3584
Fransa Ermənistana əlavə 15 milyon avro yardım ayırıb.

Fransa parlamenti Ermənistana əlavə 15 milyon avro təcili yardımın ayrılmasını təsdiqləyib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, bu pul qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Ermənistan Qızıl Xaçının və BMT agentliklərin vasitəsilə xərclənəcək. 

 

Bəyanatda deyilir ki,  2023-cü il üçün Fransanın Ermənistana ümumi yardımı 27,5 milyon avroya çatıb. 

 

Qeyd edək ki, Fransa noyabr ayının əvvəlində də, Ermənistana 12.5 milyon avroluq yardım ayırmışdı. 

Digər xəbərlər