Avropa İttifaqı bəzi İsraillilərə sanksiyalar tətbiq etməyi müzakirə edir
SİYASƏT
10:53
10.12.2023
Baxılıb: 3722
Avropa İttifaqı bəzi İsraillilərə sanksiyalar tətbiq etməyi müzakirə edir

Avropa İttifaqı İordan çayının qərb sahilində qanunsuz məskunlaşan israillilərə qarşı sanksiya tətbiq etmək planlarını müzakirə edir. Bildirilir ki, sanksiyalara viza qadağası da daxil olmaqla bir neçə qadağalar təklif edilir. 

 

Sanksiyalarla bağlı müzakirələr bazar ertəsi Brüsseldə toplanacaq xarici işlər nazirlərinin görüşündə Xarici İşlər üzrə Ali Nümayəndə Josep Borrellin iştirakı ilə keçiriləcək. 

 

Avropa İttifaqı həmçinin terror təşkilatı hesab etdiyi HƏMAS-a qarşı daha sərt sanksiyaların tətbiqi, onun rəhbərliyinə və maliyyələşdirilməsinə qarşı sərt addımların atılmasını müzakirə edəcək. 

Digər xəbərlər