Gürcüstanın hakim partiyası olan "Gürcü Arzusu"-nun Sədri İrakli Kobaxidze Macarıstan səfərindən sonra mətbuata açıqlama verib. Kobaxidze bildirib ki, Macarıstana səfərimiz zamanı biz bir daha təsdiq etdik ki, Macarıstan ümumilikdə ölkəmizin Avrointeqrasiyasının tərəfdarıdır və həmçinin Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini mütləq dəstəkləyəcək. Bu, Macarıstanın qəti mövqeyidir.
Bundan əlavə, Kobaxidze onu əlavə edib ki, Macarıstan namizəd statusu gözləyən ölkələrin hamısına eyni gözlə baxmır. Belə ki, Macarıstanın Ukrayna ilə bağlı mövqeyi fərqlidir, lakin bu, onların Gürcüstana, o cümlədən Moldova və Bosniyaya münasibətdə mövqeyinə təsir edə bilməz.