İsrail - HƏMAS müharibəsi nəticəsində Qəzza zolağında ölənlərin sayı 18.412 nəfərə çatıb. Bu barədə Qəzzada fəaliyyət göstərən qurumdan məlumat verilib. Yaralananların sayı isə 50 mini ötüb.
Qəzzada qısa müddətli atəşkəs baş tutsa da, hazırda döyüşlər davam edir. Ötən gün BMT-nin Təhlükəsizlik Şurasında Qəzzada təcili atəşkəsin yaradılması üçün səsvermə keçirilsə də, ABŞ-ın vetosundan sonra heç bir sənəd qəbul edilməyib.