Özbəkistan və Qırğızıstan dövlət sərhədinin daha 47.05 kilometrlik hissəsi razılaşdırılıb
SİYASƏT
23:53
14.12.2023
Baxılıb: 4803
Özbəkistan və Qırğızıstan dövlət sərhədinin daha 47.05 kilometrlik hissəsi razılaşdırılıb

Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik işçi qruplarının növbəti iclası olub. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, tərəflərin görüşü bu il dekabrın 8-dən dekabrın 14-dək Batken vilayətinin Batken şəhərində keçirilib.

Görüş zamanı topoqrafik işçi qrupları Qırğızıstan-Tacikistan dövlət sərhədinin 47,05 kilometri ilə bağlı razılığa gəliblər.

Yerdə qalan ərazilərin delimitasiyası ilə bağlı tərəflərin növbəti görüşü Tacikistan ərazisində baş tutacaq.

 

Digər xəbərlər