Gürcüstan prezidenti Salome Zurabşvili Münhen təhlükəsizlik konfransında çıxış edərkən bildirib ki, əgər Rusiya dayandırılmasa o, öz əməllərinə davam edəcək. Zurabaşvili bildirib ki, 2008-ci ildə Rusiya Gürcüstanı işğal edəndə ciddi sanksiyalarla üzləşmədiyi üçün öz əməlini törətməkdə davam edir.
Prezident həmçinin bildirib ki, təəsüf ki, hələ də Avropa İttifaqı və NATO üzvlərinin hamısı birgə Ukraynaya güclü dəstək göstərmirlər. Mən bir Gürcüstan vətəndaşı kimi bilirəm ki, Ukraynanın apardığı bu savaş Avropanın təhlükəsizliyi üçündür. Biz bilirik ki, Rusiya vaxtında cəzalandırılmasa, o öz işğalçı fəaliyyətinə davam edəcək.
Prezident həmçinin əlavə edib ki, Avropanın Ukraynaya 50 milyard avro yardımı çox müsbətdir və biz Amerika Birləşmiş Ştatlarının da öz yardım öhdəliyini yerinə yetirəcəyinə inanırıq.