Rusiyanın Rostov vilayətində neft anbarına hücum olub.
Oxu.Az Unian-a istinadən xəbər verir ki, hücum Ukrayna Silahlı Qüvvələri tərəfindən təşkil edilib.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, əməliyyatda dronlardan istifadə olunub.
Qeyd edək ki, Ukryana ordusunun Rusiyanın enerji infrastrukturuna dron hücumları mütəmadi xarakter daşıyır.