Qurban Qurbanov: "Onun oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm" - VİDEO

"Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. "Kayrat"ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub.

Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb.

Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri "Kayrat"ın baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib:

"Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq".

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar