Türkiyədə adı açıqlanmayan bir vətəndaş taksidəki qadını gəlini bilərək nəqliyyat vasitəsini dayandırıb.
SONXEBER.AZ-ın məlumatına görə İstanbulun Sultangazi səmtində bir şəxs mikroavtobus gözlədiyi zaman 2 il əvvəl evdən qaçan gəlinini gördüyünü iddia edərək taksini dayandırıb. Daha sonra həmin şəxs taksinin qarşısında yerə uzanıb.
Gəlininin evdən qaçdığını bildirən şəxslə taksi sürücüsü arasında mübahisə yaranıb. Hadisə digər bir vətəndaş tərəfindən cib telefonu ilə videogörüntüyə alınaraq qeyd edilib.
Şəlalə Babayeva