Almaniya hökuməti Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə stasionar nəzarət məntəqələri yaratmağı planlaşdırır. Bu barədə Almaniya Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən Welt telekanalı məlumat yayıb.
Məntəqələri yaratmaqda əsas məqsəd, tənzimlənməyən miqrasiya hallarının qarşısını almaqdır.