Reuters-in məlumatına görə, Cənubi Koreyanın kəşfiyyat xidməti bildirib ki, Şimali Koreya Ukraynadakı münaqişədə istifadə üçün Rusiyaya 1 milyondan çox artilleriya mərmisi göndərib. Pxenyanın bu sursatın istifadəsinə nəzarət etmək üçün hətta Rusiyaya müşavir təyin etdiyi bildirilir.
Qeyd etmək lazımdır ki, Şimali Koreyanın dünyanın ən böyük artilleriya mərmiləri və raket ehtiyatlarından sahib ölkələrdən sayılır.
Bundan bir qədər əvvəl isə, ABŞ rəsmiləri Şimali Koreyanın Rusiyaya 1000 konteyner hərbi texnika və sursat göndərdiyini bildirmişdi.