Noyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 169, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.