ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns Qətərə səfər edib. Səfərin əsas məqsədinin girovların, xüsusən də Həmas hərəkatı tərəfindən saxlanılan amerikalı girovun azad edilməsi olduğu deyilir.
Məlumatlara görə, Uilyam Burns yaxın iki gün ərzində Dohada Mossad direktoru David Barnea və Misirin təhlükəsizlik xidmətinin rəhbəri Abbas Kamel ilə görüşlər keçirməyi planlaşdırır.