Ermənsitanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Sarkisyan bu gün Milli Məclisdə çıxışı zamanı hərbi xidmətlə bağlı çıxış edib.
Ermənistanda mövcud müddətli həqiqi hərbi xidmət haqqında əsasnaməyə əsasən, 27 yaşı tamam olmuş və müddətli həqiqi hərbi xidmətdən yayınan gənclər məhkum olunurlar, onlar cinayət məsuliyyətindən heç bir şəkildə azad oluna bilməzlər, istəsələr xidmət də edə bilməzlər, çünki onlar müddətli həqiqi hərbi xidmət üçün tələb olunan yaşı keçiblər. Yəni onların cəza almaqdan başqa yolu yoxdur.
Bu məsələni həll etmək üçün, deputat təklif edir ki, 27 yaşına çatmış və hərbi xidməti başa vurmamış gənclərə cinayət məsuliyyətindən azad olmaq imkanı verilsin. Təklif edilir ki, bu vəziyyətdə olanlara müxtəlif seçimlər verilsin. Birinci seçim odur ki, istəyən iki il hərbi xidmət keçsin. İkinci seçim isə odur ki, bir il xidmət keçsin və dövlət büdcəsinə 2,5 milyon dram ödəsin. Üçüncü seçim 6 ay xidməti 5 milyon dram ödənişi, dördüncü seçim isə bir ay ərzində xidmət edib 10 milyon dram ödənişi nəzərdə tutur. Sonuncusu seçim isə onadan ibarətdir ki, 15 milyon dram ödəməklə hərbi xidmətdən yayınsın.
Sarkisyan onu da əlavə edib ki, Ermənistanda hazırda hərbi xidmət keçmədiyinə görə axtarışda olan 10 min nəfər var. Onların yarısı 27 yaşı keçmiş şəxslərdir.