Elm və təhsil naziri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb
REGİONAL MƏTBUAT
15:10
14.12.2023
Baxılıb: 6305
Elm və təhsil naziri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb. Görüşdə təhsil sistemində həyata keçirilən islahatlar, agentlikdə müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlər, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər və gələcək planlar barədə danışılıb.

 

Emin Əmrullayev təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması üçün bir sıra məsələlərin icra səlahiyyətlərinin yerlərə ötürülməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

 

Nazir Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil siyasətində agentliyin rolunu, ümumi strategiyaya uyğun olaraq proseslərə nəzarət və icra mexanizminin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin təhsilin keyfiyyətinin artırılmasının, metodik xidmətlərin, şagirdlərin təhlükəsizliyi məsələlərinin və bu istiqamətdə müəyyən mexanizmlərin işlənib hazırlanmasının vacibliyini qeyd edib. Nazir çıxışının sonunda işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib, agentlik əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə məktəbdənkənar təhsilin şagirdlərin sosial fəaliyyətinin və yumşaq bacarıqlarının formalaşmasına təsirinin vacibliyi vurğulanıb.

 

Nazir bildirib ki, ki, ölkə üzrə, xüsusilə regionlarda şagirdlərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı və idmanın təşviqi olduqca əhəmiyyətlidir. Ölkə üzrə məktəbəqədər təhsilin göstəricilərinin inkişafı barədə müzakirələrin də aparıldığı görüşdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və məzmunun təkmilləşdirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkarlığının artırılmasının müvafiq istiqamətdə inkişafa töhfə verəcəyinə əminlik ifadə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50