“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib
CƏMİYYƏT
15:57
23.08.2024
Baxılıb: 2185
“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib

“Aztelekom” MMC internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulması mövzusuna münasibət bildirib.

 

MMC-dən Trend-ə bildiriblər ki, kütləvi informasiya vasitələrində dərc edilmiş abunəçilərin xidmətdən imtina etmək barədə hüquqlarının “Aztelekom” MMC tərəfindən pozulması ilə bağlı məlumata əsasən bildiririk ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.

 

Belə ki müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

 

Kütləvi informasiya vasitələrində “Aztelekom” MMC tərəfindən təqdim edilən internet sürətinin müqavilə şərtlərinə uyğun olmadığı barədə məlumatlarla bağlı bildirmək istəyirik ki, internet xidmətinin təminatı abunəçilərlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir.Lakin fərdi ev təsərrüfatlarında telekommunikasiya xidmətlərinin təminatında texniki nasazlığın baş verməsi mümkündür və belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqların aradan qaldırılması təmin edilir.

 

İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur:

 

Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur. Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər budalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq.

 

Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50