Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub
CƏMİYYƏT
13:53
24.08.2024
Baxılıb: 1186
Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.

 

Qarabağ Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birinci qrupda 6 ixtisas (riyaziyyat müəllimliyi, elektrik və elektronika mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 659,9 balla riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. Olimpiada qalibi olan 1 abituriyent isə universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.

 

İkinci qrupda universitetə 7 ixtisas (beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə, menecment, mühasibat, turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 641,7 balla maliyyə ixtisasında qeydə alınıb. Onu da qeyd edək ki, universitetdə maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.

 

Üçüncü qrupda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), beynəlxalq münasibətlər, hüquqşünaslıq, tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisasında qeydə alınıb.

 

Qeyd edək ki, universitetdə hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.

 

Dördüncü qrupda 1 ixtisas (psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.

 

Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.

 

Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (o cümlədən musiqi müəllimliyi (fortepiano, skripka, klarnet, tar, kamança, saz, nağara, qarmon), dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), instrumental ifaçılıq (fortepiano, skripka, klarnet), instrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), vokal sənəti (xanəndəlik), vokal sənəti (milli vokal) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.

 

Beləliklə, universitetə ümumilikdə 1104 tələbə qəbul olub, onlardan 124 nəfəri xüsusi qabiliyyət imtahanı verən tələbələrdir.

 

Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Avropa Hakimlər İttifaqı: Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq
07:32
Uqandada yanacaq avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb
07:26
İsrail Ordusu və Livan "Hizbullah" lideri Haşem Safiuddinin öldürüldüyünü təsdiqləyib
07:24
Kanadada 500-ə yaxın yeniyetmə səhvən seçkilərə səsverməyə dəvət edilib
07:19
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsvi
22:32
Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib
22:25
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
21:11
Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil
21:09
Nə qədər yağış yağıb?
20:59
Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verib
20:53
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
20:01
ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir
19:59
Türkiyənin Hatay şəhərində meşə yanır
19:58
“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağıracaq
19:51
BMT rəsmisi: Ermənistanla Azərbaycan arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağına ümidvarıq
18:24
Türkiyə Prezidenti: FETÖ-yə qarşı mübarizə sona qədər davam etdiriləcək
18:22
Azərbaycanla Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında
18:19
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək
18:08
Azərbaycanla Rusiya arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
18:07
"Azərikart"ın Məlumat Mərkəzində və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq
18:05