BQXK: Ailələrin öz yaxınlarının taleyindən xəbərdar olmaq hüququ var
CƏMİYYƏT
18:03
30.08.2024
Baxılıb: 2579
BQXK: Ailələrin öz yaxınlarının taleyindən xəbərdar olmaq hüququ var

30 Avqust Beynəlxalq İtkinlər Günüdür. Hər il bu gün yaxınlarını silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakət nəticəsində itirmiş ailələrlə həmrəylik nümayiş etdirmək üçün qeyd edilir. Bu gün dünyada yüz minlərlə insan itkin düşmüş sayılır. Biz onların ailələrinə doğmalarının taleyi barədə xəbər vermək üçün aidiyyəti hakimiyyət orqanlarına dəstək göstərmək üçün əlimizdən gələni əsirgəmirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında bildirilib.

Həmçinin qeyd olunub ki, BQXK Azərbaycanda 4 minə yaxın itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) ilə sıx əməkdaşlıq edir: “Biz, eyniləşdirmə prosesinə dəstək məqsədilə itkin düşmüş şəxslərin ailə üzvlərindən 11 minə yaxın bioloji istinad nümunəsi götürmüş, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edərək itkin düşmüş şəxslər haqqında ətraflı ante mortem məlumatlar toplamış və Dövlət Komissiyasına təhvil vermişik. Hazırda həmin məlumatlar toplusu hakimiyyət orqanları tərəfindən həyata keçirilən eyniləşdirmə işlərində istifadə edilir. Əlavə olaraq, biz, ekshumasiya və eyniləşdirmə işlərinə cəlb olunmuş dövlət qurumlarının potensialının artırılması məqsədilə milli və beynəlxalq tərəfdaşlarımızla birlikdə bacarıqların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiririk.

İtkin düşmüş şəxslərin ailə üzvləri öz doğmalarının taleyindən bixəbər olmağın verdiyi iztirab və qeyri-müəyyənlik əziyyətini çəkirlər. Bu, onların sinə gərməkləri olduqları saysız-hesabsız çətinliklərin bir hissəsidir. “Məktəbdə ingilis dili dərsində ata və oğul haqqında mətn oxuyurdum. Hər dəfə “ata” sözünü oxumalı olanda üstündən keçir, oxumurdum”, - atası 90-cı illərdə itkin düşmüş Fuad Cabbarov deyir. Biz, itkin düşmüş şəxslərin ailələrinə üzləşdikləri çətinliklərin öhdəsindən gələ bilmələri üçün psixososial dəstək göstəririk. BQXK-nın itkin ailələri arasından seçərək psixososial, hüquqi və tibbi dəstək göstərmək üçün təlim keçdiyi sirdaşlar 2024-cü ilin birinci yarısında 1400-dən çox itkin ailəsi ilə əlaqə saxlayıb. Sirdaşlar eyniləşdirilərək nəşi ailələrinə qaytarılmış insanların yas mərasimləri zamanı onların ailə üzvlərini 350 dəfədən çox ziyarət edib”.

“Ailələrin öz yaxınlarının taleyindən xəbərdar olmaq ehtiyacı və hüququ var. Bu hüquq 1949-cu il tarixli Cenevrə Konvensiyasında da öz əksini tapıb. Azərbaycan Respublikası, öz öhdəliklərinə uyğun olaraq, ekshumasiya və eyniləşdirmə prosesinə başlamış, nəticədə onlarla nəşin təhvil verilməsi ilə ailələrin gözləri yoldan yığılıb.

Hazırda, ailələrin BQXK-ya verdikləri məlumata əsasən, regionda münaqişə ilə əlaqədar 4 minə yaxın azərbaycanlı və 1000-ə yaxın erməni itkin hesab edilir. Humanitar missiyası müstəsna olaraq silahlı münaqişə və digər zorakılıq hallarının qurbanlarının həyat və ləyaqətini qorumaq olan BQXK, neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq, itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirməkdə ailələrə və hakimiyyət orqanlarına dəstək göstərməyə davam edir”, - deyə bəyanatda vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsvi
22:32
Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib
22:25
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
21:11
Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil
21:09
Nə qədər yağış yağıb?
20:59
Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verib
20:53
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
20:01
ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir
19:59
Türkiyənin Hatay şəhərində meşə yanır
19:58
“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağıracaq
19:51
BMT rəsmisi: Ermənistanla Azərbaycan arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağına ümidvarıq
18:24
Türkiyə Prezidenti: FETÖ-yə qarşı mübarizə sona qədər davam etdiriləcək
18:22
Azərbaycanla Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında
18:19
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək
18:08
Azərbaycanla Rusiya arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
18:07
"Azərikart"ın Məlumat Mərkəzində və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq
18:05
Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik
18:01
Azərbaycanda sənaye zonalarından ixracın dəyəri 5 milyard manata yaxınlaşıb
17:52
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
17:03
Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib
16:29