Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin ölkə parlamentinə təqdim etdiyi yeni proqramı pisləyib
SİYASƏT
14:57
16.09.2024
Baxılıb: 2512
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin ölkə parlamentinə təqdim etdiyi yeni proqramı pisləyib

Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edir.

"Report" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında qeyd edilib.

Məlumata görə, Niderland hökuməti ölkə parlamentinə yeni proqram təqdim edib. Proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunub və indi parlamentdə müzakirə olunmalı və təsdiq edilməlidir.

Bəyanatda bildirilib: "Əsrlər boyu müstəmləkəçi ölkə olan Niderlandın gec də olsa əsarət altında saxladığı xalqların azadlığına hörmət edəcəyini və özündən on min km-lərlə uzaqlıqda yerləşən ərazilərin müstəqil yaşaması üçün tətbiq etdiyi maneələri aradan qaldıracağına dair cüzi də olsa gözləntilərimiz özünü doğrultmadı.

Niderlandın yeni hökumətini formalaşdıran Azdalıq partiyası, Azadlıq və Demokratiya naminə Xalq partiyası, Yeni Sosial Müqavilə və Fermerlər və Vətəndaşlar Hərəkatı nizamnamələrində “azadlıq” uğrunda mübarizə apardıqlarını yazsalar da, Karib hövzəsində yerləşən 6 dövlətin - Aruba, Kürasao, Seint Maartən, Bonayre, Seint Eustatius və Saba adalarının xalqlarının azadlıqlarını boğmaqda davam edirlər.

Hökumətin təqdim etdiyi yeni proqramda iddia olunur ki, Bonayre, Seint Eustatius, Saba adalarında yaxşı idarəetmə və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, adaların rifahının artırılmasına yönəlmiş qanunvericilik və strateji təşəbbüslər həyata keçirəcək. Bunun üçün Ümumi İdarəetmə Qanunu hazırlanacaq ki, bu yanaşma “riayət et və izah et” prinsipinin tətbiqini nəzərdə tutur.

Beləliklə Niderlandın sağçı-millətçi yeni Nazirlər Kabineti özündən əvvəlki hökumətin koloniyal siyasətini davam etdirməyə hazırlaşır. Hökumət bu adaların bəzilərinin avtonom statusa malik olduğunu iddia etsə də, əslində isə bu ərazilər tamamilə Niderland Krallığından asılı vəziyyətə salınıb. Hətta bu adalar BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılıb.

Niderland müstəmləkələrindəki real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu ilin 22 avqust tarixində Bakıda Bonayre adasına həsr edilmiş “Bonaıre’s Pathway From Baku Through Un General Assembly To Self-Determınatıon” adlı beynəlxalq konfrans keçirilib.

Azadlıqları uğrunda mübarizə aparan bu xalqlar, xüsusən də Bonayre adası BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bu ilin oktyabrında BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.

Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edir".

 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
17:43
Londonda kürd ictimai mərkəzində axtarış aparıb
17:40
Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin yanvarın 29-na təyin edilib
17:37
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
17:35
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalayıb
17:33
Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək
17:32
CPC bu il 53 milyon ton neft ixrac edib
17:30
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
17:28
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
17:25
SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
15:25
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
13:14
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
13:11
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
12:37
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
12:35
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
12:33
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
12:30
Bayden Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
12:28
Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
12:12
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
12:10
Merkel NATO-nu Rusiyanı cilovlamaq üçün sistem yaratmağa çağırıb
12:01