Fransasayağı demokratiya – Martinikdə soyqırımı həyata keçirilir
SİYASƏT
13:55
23.09.2024
Baxılıb: 1429
Fransasayağı demokratiya – Martinikdə soyqırımı həyata keçirilir

Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Belə ərazilərdən biri də Martinikdir. Amerika qitəsinə ayaq basandan sonra Fransa yerli xalqın əlindən hər şeyi aldı. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfranslarda dəfələrlə bu məsələyə toxunulub. “Fransa bizim ruhunu da işğal edib. Amerika qitəsinə gələndən sonra hər şeyi əlimizdən aldı. Onlar müstəmləkəçilikdən, sadəcə, öz maraqları üçün istifadə etdilər. Bizimlə mebel kimi davrandılar, bədənimiz bizə aid deyildi. Ona görə də Fransa müstəmləkəçiliyi müstəmləkə siyasətinin ən ağırıdır”, - Bakıda keçirilən tədbirdə vurğulanıb. Nəinki torpaqlarını, mədəniyyəti, insani keyfiyyətlərini də əllərindən aldıqlarını, iqtisadiyyata ziyan vurduqlarını xüsusi vurğulayıblar.

 

Ən dəhşətlisi odur ki, tətbiq etdikləri zəhərli maddələr nəticəsində əhalinin 90 faizi zəhərlənib və çox adamda xərçəng xəstəliyi yarandı. Fransa bu məsələ ilə bağlı həkimlərə belə danışmağa icazə verməyib. Zəhərli olmasına rəğmən Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdi zəhərlənib və xərçəng göstəriciləri dünyada ən yüksəkdir.

 

Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu pozulur

 

Bəli, bu gün Fransa Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. Məsələn, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinik xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. 1541 (XV) saylı qətnaməyə əsasən Fransa Martinik xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. 1946-cı il qanunsuz Referendumu nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alır. Bununla, Martinik beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir.

 

 

2003-cü il referendumu ilə nəticələr saxtalaşdırılır və Fransanın ərazidə qeyri qanuni fəaliyyəti daha da gücləndirilir. Ardınca da 2010-cu il referendum ilə Fransa Martinik xalqının iradəsinə zidd addımlar atır və onların hüquqlarını daha da məhdudlaşdırır. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar. Fransanın referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edirlər.

 

Beləliklə, Fransa, müstəmləkə altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Fransaya təzyiq göstərməli, hüquq standartlarına hörmət etməsini tələb etməlidir.

 

Xalqın iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır

 

Martinik xalqının iqtisadi və sosial ədalət haqları repressiyaya məruz qalır. Martinik xalqının iqtisadi haqları ciddi şəkildə pozulur. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti ancaq materik Fransası ilə saxlasın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın. Bu da adada qiymətləri hədsiz qalxmasına səbəb olur. Martinikdə olan böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar bu siyasətdən çoxlu gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir.

 

 

Fransa hökumətinin Martinikə ayırdığı subsidiyaların əksəriyyəti buraya məqsədli köçürülmüş agdərili fransızlara verilir. Adanın sahiblərinə qarşı diskriminasiya edilərək, onlar iqtisadi yardımdan məhrub edilirlər. Sosial ədalət prinsipləri yerinə yetirilmir, yerli əhali haqlarından məhrum edilir. Martinik xalqının ədalət və bərabərlik tələbləri repressiv tədbirlərlə boğulur. Bu repressiya, müstəmləkəçilik məntiqinin davamıdır. Fransa dövlətinin müstəmləkə siyasəti isə Martinikdəki iqtisadi və sosial ədalətsizliyi artırır.

 

Beləliklə, Fransa yerli xalqın ləyaqətini alçaltmaq siyasəti tətbiq edir, insanlıqdan kənar davranış sərgiləyir. İnsanlar da bu siyasətin qurbanı olur, düşüncəyə inanır, gələcək nəslə bu fikri ötürür. Nəticədə də gənc nəsil bu düşüncədə, mədəniyyətdə, dünyagörüşündə yetişir. Belə olan halda onlar öz suverenliyini, müstəqilliyini anlamır. Bu da Fransanın xalqlar üzərində hegemonluğuna şərait yaradır. Fransanın apardığı siyasət nəticəsində yerli xalq özünü torpaqlarının sahibi hesab etmir. Bəs çıxış yolu varmı? Təbii ki var. Yerli xalq olaraq itirilmiş hüquqları bərpa etmək üçün digər xalqlarla birlikdə hərəkət edilməlidir. Bu cür tədbirlər müstəmləkə altında olan xalqları birləşdirməkdə də rol oynaya bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsvi
22:32
Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib
22:25
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
21:11
Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil
21:09
Nə qədər yağış yağıb?
20:59
Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verib
20:53
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
20:01
ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir
19:59
Türkiyənin Hatay şəhərində meşə yanır
19:58
“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağıracaq
19:51
BMT rəsmisi: Ermənistanla Azərbaycan arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağına ümidvarıq
18:24
Türkiyə Prezidenti: FETÖ-yə qarşı mübarizə sona qədər davam etdiriləcək
18:22
Azərbaycanla Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında
18:19
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək
18:08
Azərbaycanla Rusiya arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
18:07
"Azərikart"ın Məlumat Mərkəzində və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq
18:05
Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik
18:01
Azərbaycanda sənaye zonalarından ixracın dəyəri 5 milyard manata yaxınlaşıb
17:52
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
17:03
Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib
16:29