Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb
HƏRBİ XƏBƏRLƏR
22:05
24.09.2024
Baxılıb: 708
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Geniş tərkibdə keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və digər vəzifəli şəxslər iştirak edib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı bildirilib. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik Z.Həsənov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyənin bir neçə aparıcı hərbi sənaye şirkət rəhbərinin də iştirak etdiyi görüşdə birgə hərbi-texniki layihələrin hər iki qardaş ölkənin müdafiə qüdrətini daha da artıracağına əminlik ifadə olunub, əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.

Keçirilən görüşlərdə, həmçinin texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub. "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yüksək qiymətləndirilib.

Hər iki görüşün sonunda hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Suriya və İraqda PKK hədəfləri vurulmağa başlayıb
00:57
İsrail dövlət televiziyası KAN Tel-Əvivin İrana hücum etmək üzrə olduğunu iddia edib
00:54
Heç bir təhlükə, heç bir hücum bizi bu yoldan döndərə bilməz
00:44
KİV: Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
00:35
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
00:31
Putin "autriç"/"BRICS plus" formatındakı iclasda müzakirə olunacaq məsələləri açıqlayıb
22:42
Rusiya Liberal Demokrat Partiyasının lideri Azərbaycanı ən vacib tərəfdaş adlandırıb
22:39
Mariya Zaxarova: Qərb Cənubi Qafqazdakı proseslərə təsirini saxlamağa çalışır
22:26
Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib
22:23
Paşinyan: İrəvanla Bakı arasında sülh prosesi noyabrda müzakirə oluna bilər
22:21
Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq
22:18
Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır
22:10
Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün nüvə texnologiyasının tətbiqi müzakirə olunur
22:07
İlham Əliyev Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti ilə görüş
22:06
Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
21:45
Putin BRICS sammiti çərçivəsində Ərdoğanla görüşüb
21:41
Elnur Məmmədov: Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir
20:13
Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib
20:11
AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir
20:08
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
19:37