Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
İQTİSADİYYAT
18:31
26.09.2024
Baxılıb: 1035
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”

 

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycandan Avropaya ümumi qaz tədarükü təxminən 40 milyard kubmetr təşkil edib.

“Report” xəbər verir ki, bu barədə TAP AG boru kəməri şirkətinin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) İtaliya Enerji Forumunda bildirib.

Qeyd edək ki, TAP Boru Kəmərinin operatoru olan TAP AG konsorsiumunun “X” sosial şəbəkə hesabında bu barədə paylaşım edilib.

"Boru kəmərinin istismara verilməsindən bu günə qədər TAP vasitəsilə Avropaya 40 milyard kubmetrdən bir qədər az qaz nəql edilib. Bunun 32,8 milyard kubmetri İtaliyaya tədarük edilib. Bu, ölkəyə qaz idxalının ikinci mənbəyidir və ümumi tədarükdə 15 %-dən çox paya malikdir", - şirkətdən bildirilib.

O, həmçinin qeyd edib ki, TAP-ın texniki və kommersiya cəlbediciliyi və çevikliyi operatorlar tərəfindən qiymətləndirilib: “Bu gün 43 şirkət boru kəmərinin gücünü rezerv etmək hüququna malikdir”.

"TAP 2026-cı ilin əvvəlindən illik nəqliyyat gücünü 1,2 milyard kubmetr artıracaq. Bu, bazar marağına əsaslanaraq tutumların genişləndirilməsi imkanını təsdiqləyir", - L.Skieppati vurğulayıb.

O, həmçinin qeyd edib ki, Karbon Emissiyalarının İdarə Edilməsi Planı (2022-2025) çərçivəsində TAP artıq karbon dioksid emissiyalarını 30 %, metan emissiyalarını 53 %, təşkil olunmayan tullantılar isə 70 % azaldıb: "TAP davamlı enerji keçidini təmin etməyə çalışır. Hidrogen və biometanı qəbul etməyə hazırlaşır. Qazın nəqli üçün getdikcə daha dayanıqlı həllər təklif edir. Biometana gəldikdə, biz onu boru kəmərimizə qəbul etməyə hazırıq və qarşımıza onun tənzimlənməsinin inkişafına töhfə verməklə bağlı məqsəd qoyuruq".

Bundan əlavə, L.Skieppati vurğulayıb ki, hazırda şirkət qaz kəmərinin boru materiallarını hidrogen nəqlinə davamlılıq baxımından sınaqdan keçirir: "Bundan əlavə, biz hidrogen qarışığının nəqli üçün avadanlıq və sistemlərin uyğunluğunu qiymətləndiririk".

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 11,8 milyard kubmetr təşkil edib. 2024-cü ildə Azərbaycan qazının Avropaya tədarükünün 12,5 milyard kubmetr səviyyəsində olacağı planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Suriya və İraqda PKK hədəfləri vurulmağa başlayıb
00:57
İsrail dövlət televiziyası KAN Tel-Əvivin İrana hücum etmək üzrə olduğunu iddia edib
00:54
Heç bir təhlükə, heç bir hücum bizi bu yoldan döndərə bilməz
00:44
KİV: Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
00:35
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
00:31
Putin "autriç"/"BRICS plus" formatındakı iclasda müzakirə olunacaq məsələləri açıqlayıb
22:42
Rusiya Liberal Demokrat Partiyasının lideri Azərbaycanı ən vacib tərəfdaş adlandırıb
22:39
Mariya Zaxarova: Qərb Cənubi Qafqazdakı proseslərə təsirini saxlamağa çalışır
22:26
Gürcüstanın hakim partiyası Tbilisidə yekun seçki mitinqini keçirib
22:23
Paşinyan: İrəvanla Bakı arasında sülh prosesi noyabrda müzakirə oluna bilər
22:21
Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq
22:18
Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır
22:10
Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün nüvə texnologiyasının tətbiqi müzakirə olunur
22:07
İlham Əliyev Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti ilə görüş
22:06
Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
21:45
Putin BRICS sammiti çərçivəsində Ərdoğanla görüşüb
21:41
Elnur Məmmədov: Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir
20:13
Hikmət Hacıyev Avropa komissarının əsassız ittihamlarına cavab verib
20:11
AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir
20:08
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
19:37