Sentyabrın 23-də İsrailin hücuma başlamasından bəri 200 mindən çox Suriya və Livan vətəndaşı Suriyaya gedib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi sosial şəbəkədə yazıb.
“İsrailin bombardmanları nəticəsində 200 mindən çox Suriya və Livan vətəndaşı Suriya ilə sərhədi keçərək Livanı tərk edib”, - o qeyd edib.
Livan hökumətinin son məlumatlarına görə, Beyrutun cənub və şərqindən təxminən 1,2 milyon nəfər qaçqın düşüb.