İraq qonşu ölkələr, o cümlədən İrana hücum üçün plasdarm olmayacaq.
“Mehr” agentliyi xəbər verir ki, bunu İraq Prezidenti Abdul Lətif Camal Rəşid İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə bildirib.
Məlumata görə, İraq Prezidenti Livan və Qəzza zolağında müharibəni dayandırmaq üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib. O, müharibənin regionda mümkün genişlənməsinin qarşısını almağa çağırıb.
Rəşid Qəzza zolağı və Livanda müharibənin davam etməsinin regional, qlobal təhlükəsizliyi, sabitlik və sülhü təhdid etdiyini də vurğulayıb.