2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının cəmi kredit portfeli 26 milyard 706 milyon manat təşkil edib.
Bu məlumat Mərkəzi Bankın açıqladığı aylıq statistik bülleteninə əsaslanır.
Kredit portfeli aylıq müqayisədə 630,4 milyon manat (2,4%), ötən ilin sonu ilə müqayisədə 3 milyard 523 milyon manat (15,2%), illik müqayisədə 4 milyard 424,1 milyon manat (19,9%) böyüyüb.
Qeyd edək ki, cəmi kredit portfeli bu ilin oktyabrın 1-nə 26 milyard 075,6 milyon manatın, yanvarın 1-nə 23 milyard 183 milyon manat, ötən ilin eyni dövrünə 22 milyard 281,9 milyon manat təşkil edib.