Ukraynanın "Naftoqaz" şirkətinin iddiası əsasında Rusiyanın Finlandiyadakı beş daşınmaz əmlakına həbs qoyulub.
TASS xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Bildirilib ki, ötən gün Rusiyaya məxsus daha beş daşınmaz əmlak obyekti aşkarlanıb, onlardan üçü Aland adalarında yerləşir.
Helsinkinin mərkəzində yaşayış binası və Lauttasaari ərazisindəki ofis binası, Aland adalarında üç obyekt, eləcə də dəniz kənarındakı torpaq sahəsinə həbs qoyulub.