BMT-nin müstəqil ekspertləri: Fransa idmanda din azadlığını məhdudlaşdırır
REGİONAL MƏTBUAT
12:16
29.10.2024
Baxılıb: 767
BMT-nin müstəqil ekspertləri: Fransa idmanda din azadlığını məhdudlaşdırır

BMT-nin insan haqları üzrə müstəqil ekspertləri Fransaya hicablı müsəlman qadın və qızların idman yarışlarında iştirakına mane olan qadağaları ləğv etməyə çağırış ediblər.

"Report" BMT-nin saytına istinadən xəbər verir ki, ekspertlər bu məhdudiyyətlərin ayrı-seçkilik xarakterli olduğunu və insan hüquqları sahəsində beynəlxalq öhdəlikləri pozduğunu bildiriblər.

BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş ekspertlər Fransanın futbol və basketbol federasiyalarının hicablı oyunçuların həvəskar idman növləri daxil olmaqla yarışlardan kənarlaşdırılmasını və bu ölkənin hökumətini həmin qadınların Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Fransanı təmsil etməsinə qadağa qoymasını tənqid ediblər.

Ekspertlərin fikrincə, bu tədbirlər insanların din azadlığı və mədəni həyatda iştirak hüququnu pozur. Bildirilib ki, Fransanın hicabla bağlı siyasəti inklüzivlik öhdəliklərinə ziddir və insan hüquqlarına uyğun deyil.

"Dövlətin neytrallığı və dünyəviliyi ifadə azadlığı, din və ya əqidə azadlığı hüquqlarına məhdudiyyətlər qoymaq üçün qanuni əsas deyil. Məhdudiyyətlər heç vaxt "fərziyyələr, ehtimallar və ya xürafatlar" əsasında olmamalıdır", - ekspertlər bildirib.

Onlar, həmçinin Fransanın ali inzibati məhkəməsi olan Dövlət Şurasının futbol federasiyasının hicab qadağasını dəstəkləməsi və Senatın ictimai yerlərdə hicabın istifadəsini daha da məhdudlaşdırmağa yönəlmiş qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Müstəqil ekspertlər xəbərdarlıq ediblər ki, qanun layihəsi hicabı ictimai asayiş üçün potensial təhlükə kimi təqdim edir və bu cür hərəkətlər müsəlman qadın və qızlara qarşı zərərli stereotipləri gücləndirəcək:

"Fransa hicabı seçən qadın və qızlara qarşı dözümsüzlük şəraitində onların müdafiəsi, hüquqlarının təmin edilməsi və mədəni müxtəlifliyə qarşılıqlı hörməti təşviq etmək üçün bütün tədbirləri görməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00