Tayvanı cənginə alan “Konq Rey” supertayfunu nəticəsində azı 205 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bu barədə adanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahı məlumat yayıb.
Məlumata görə, 1 nəfər ölüb.
Qeyd olunur ki, 11,9 min sakin təhlükəli dağlıq və sahilyanı ərazilərdən təxliyə edilib.