İkiillik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətini bərpa edib
İQTİSADİYYAT
14:12
01.11.2024
Baxılıb: 1032
İkiillik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətini bərpa edib

İkiillik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətini bərpa edib və qiymətlər əvvəlki səviyyədə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.

Ə.Mehdiyeva bildirib ki, Bakı bulvarında 2022-ci ildən dəniz səviyyəsinin aşağı enməsi səbəbindən gəmi gəzintisinə fasilə verilib: “İlin əvvəlindən dənizin dərinliyi ölçülüb və nəticədə gəminin təhlükəsiz hərəkəti üçün yeni marşrut müəyyən edilib. Əvvəlki marşrut “Sadko” körpüsündən keçirdisə, indi gəmi Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Bu ərazidəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün əlverişlidir”.

Onun sözlərinə görə, gəmi xidmətinin yenidən başlanması ilə bağlı insanların marağını nəzərə alaraq və istismar xərclərinin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi bilet qiymətlərini dəyişməyib: "Qiymətlər gəmidə yerinə və mərtəbəsinə görə 5-10 manat arasında dəyişir. Bu tariflər 2015-ci ildə müəyyənləşdirilib. Gəminin təhlükəsizliyi Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən təmin edilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Made in Turan" brendi ilə məhsullar bazara çıxarılacaq
14:13
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb
14:09
Azərbaycanda BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb
14:07
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb
14:05
Azərbaycan BOKT-larında kredit riskinin idarə edilməsi qaydası təsdiqlənib
14:03
Salyanda 3 780 hektar sahədə payızlıq taxıl əkilib
14:01
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb
19:56
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni video yayımlayıb
18:03
"Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq".
17:56
Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edilib
17:38
"Mənfəət əldə etmək üçün həmin əmlakların özəlləşdirilməsinə lazımdır"
17:28
Dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması məqbuldur
17:24
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
17:19
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
17:16
Cavaşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük bir su anbarı tikilməlidir"
17:13
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
17:08
Tahir Mirkişili: "Gələn il üçün neftin büdcə qiyməti reallığa çox yaxındır"
17:07
Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə görüşüb
17:04
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
14:41
Azər Əmiraslanov: "Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək"
14:37