Livanın “Hizbullah” təşkilatı İsrailin şimalındakı Elyakim hərbi təlim düşərgəsinə hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə edib.
Bu barədə qruplaşmanın teleqram kanalında bildirilib.
“Müqavimət qüvvələri Şimal Hərbi Dairəsinin Elyakim təlim düşərgəsinə dronlarla zərbələr endirib və bütün hədəfləri dəqiqliklə vurub”, – məlumatda qeyd olunub.
“Hizbullah” günün ikinci yarısında ilk dəfə olaraq Hayfa yaxınlığında yerləşən İsrail Hərbi Hava Qüvvələrinin təmir-texniki bazasını yüksək dəqiqlikli raketlərlə hədəfə alıb.
Daha əvvəl Netaniyada 933-cü “Nahal” piyada briqadasının səhra düşərgəsi və Yaara yəhudi məskənindəki hərbi kazarma hücuma məruz qalıb.