Azərbaycan Mərkəzi Bankı xarici valyutada xüsusi satış həyata keçirib
İQTİSADİYYAT
13:49
05.11.2024
Baxılıb: 553
Azərbaycan Mərkəzi Bankı xarici valyutada xüsusi satış həyata keçirib

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrda xarici valyutada dövlət xərclərinin icrasını dəstəkləmək məqsədilə 424 milyon ABŞ dollarlıq xüsusi satış həyata keçirib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib.

"Bu ilin oktyabr ayında Mərkəzi Bank Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 738,7 milyon ABŞ dolları məbləğində satış həyata keçirib. Bunun, 23,6 %-ni və ya 174,4 milyon ABŞ dollarlıq hissəsini SOFAZ təmin edib.

Hərraclarda satılan valyuta ilə Neft Fondunun açıqladığı rəqəm arasında fərqin 424 milyon ABŞ dollarlıq hissəsi xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə Mərkəzi Bankın xüsusi satışı ilə əlaqədardır", - AMB aydınlıq gətirərək qeyd edib.

Bildirilib ki, bundan əlavə, valyuta satışlarının həyata keçirilməsi prosesinin xüsusiyyətlərini nəzərə alaraq, hansısa ayın sonuna ARDNF-in satışı ilə hərraclarda satılmış valyuta arasında fərq ola bilər.

"Belə ki, ilkin mərhələdə Neft Fondu xarici valyutanı Mərkəzi Banka satsa da, hərraclarda valyuta satışı növbəti dövrə təsadüf edə bilər. Cari ilin oktyabr ayında hərraclarda satılmış vəsait ilə Fondun açıqladığı rəqəm arasındakı fərqin yuxarıda qeyd olunan xüsusi satışdan əlavə hissəsi ARDNF tərəfindən sentyabr ayında satılmış vəsaitin oktyabr ayında banklara satılması ilə əlaqədardır”, - AMB bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
17:43
Londonda kürd ictimai mərkəzində axtarış aparıb
17:40
Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin yanvarın 29-na təyin edilib
17:37
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
17:35
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalayıb
17:33
Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək
17:32
CPC bu il 53 milyon ton neft ixrac edib
17:30
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
17:28
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
17:25
SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
15:25
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
13:14
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
13:11
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
12:37
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
12:35
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
12:33
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
12:30
Bayden Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
12:28
Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
12:12
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
12:10
Merkel NATO-nu Rusiyanı cilovlamaq üçün sistem yaratmağa çağırıb
12:01